YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kestutis Yankauskas: Bakı Limanı Avropa İttifaqının Asiya ilə ticarət zəncirində mühüm yer tutur

Bakı Limanı Avropa İttifaqının Asiya ilə ticarət zəncirində mühüm yer tutur.

Bunu Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib.

O bildirib ki, bu ildən etibarən Avropa yükdaşıyıcıları Bakı Limanının müasir informasiya-kommunikasiya sistemləri vasitəsilə onlayn rejimdə yüklərin yerini, üzərlərində aparılan əməliyyat və liman ərazisini tərketmə və qonşu limanlara çatma vaxtını müşahidə edə biləcəklər. Avropa İttifaqı Bakı Limanının ən müasir təcrübə və biliklərə yiyələnməsində maraqlıdır və bu dəstəyi davam etdirəcək.