YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aleksey Alyoşin: MDB ölkələri arasında sənaye təhlükəsizliyi sahəsində təcrübə mübadiləsi çox vacibdir

MDB ölkələri arasında sənaye təhlükəsizliyi sahəsində təcrübə mübadiləsi çox vacibdir.

Bu sözləri Rusiya Federasiyası Ekoloji, Texnoloji və Atom Nəzarəti üzrə Federal Xidmətinin rəhbəri, MDB ölkələrinin sənayedə təhlükəsizlik üzrə Dövlətlərarası Şurasının sentyabrın 16-17-də Naxçıvan Muxtar Respublikasında keçirilmiş XII iclasının iştirakçısı Aleksey Alyoşin  deyib.

A.Alyoşin bildirib ki, işgüzar şəraitdə keçən iclas uğurla yekunlaşdı. Biz bütün vacib məsələləri müzakirə etdik. Həmin məsələlərə dair əhəmiyyətli qərarlar qəbul olundu. Ən əsası isə yaxın vaxtlarda müzakirəyə çıxaracağımız digər məsələləri də müəyyənləşdirdik.

Düşünürəm ki, sənaye təhlükəsizliyi sahəsində təcrübə mübadiləsi çox vacibdir. Çünki bu, gələcəkdə insan ölümlərinin qarşısının alınmasında əhəmiyyətli rol oynayacaqdır.

İclasın Naxçıvanda keçirilməsinin əhəmiyyətini vurğulayan

A.Alyoşin qeyd edib ki, biz çox qədim tarixə malik olan muxtar respublika ilə tanış olmaq, onun tarixi barədə ətraflı məlumat əldə etmək imkanı qazandıq. Naxçıvan şəhərinin tarixi-memarlıq abidələrinin, Naxçıvan Dövlət Xalça Muzeyinin, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyinin, Möminə Xatun türbəsinin, “Naxçıvanqala” Dövlət Tarix-Memarlıq Kompleksinin hər kəsi valeh etdiyini bildirən Rusiya nümayəndəsi deyib: “Yurdunuzun çox qədim tarixi olduğunu öyrəndik. Tarixi abidələrinizi qoruyub saxlamağınız, onu ən müasir metodlarla bərpa etməyiniz yüksək qiymətə, hörmətə layiqdir. Bu da xalqın öz tarixinə olan ehtiramının ifadəsidir”.

A.Alyoşin onu da əlavə edib ki, Naxçıvan çox gözəl, abad, xüsusən təmiz, yaşıllıqlarla əhatə olunmuş bir şəhərdir. Buna görə də bu möhtəşəm diyarı həmişə böyük ehtiramla xatırlayacağam.