YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bu gün “Avro-2020”yə ev sahibliyi edəcək şəhərlərin siyahısı açıqlanacaq

Sentyabrın 19-da İsveçrənin Cenevrə şəhərində UEFA İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.

İclasda “Avro-2020”nin oyunlarına ev sahibliyi edəcək şəhərlərin siyahısı müəyyənləşəcək.

Tədbirdə Azərbaycanı AFFA-nın prezidenti Rövnəq Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.

Qeyd edək ki, “Avro-2020”nin oyunlarına Bakı ilə yanaşı, Minsk (Belarus), Brüssel (Belçika), Sofiya (Bolqarıstan), Kopenhagen (Danimarka), London (İngiltərə), Sankt-Peterburq (Rusiya), Skopye (Makedoniya), Münxen (Almaniya), Budapeşt (Macarıstan), Yerusəlim (İsrail), Roma (İtaliya), Amsterdam (Hollandiya), Dublin (İrlandiya), Buxarest (Rumıniya), Qlazqo (Şotlandiya), Bilbao (İspaniya), Stokholm (İsveç) və Kardiffin (Uels) namizədliyi irəli sürülüb. Bu şəhərlərdən yalnız 13-ü çempionatın oyunlarını qəbul edəcək.