YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əhməd Davudoğlu: Qafqaz İslam Ordusu "bir millət, iki dövlət" prinsipinin bariz nümunəsidir

Qafqaz İslam Ordusu Azərbaycan və Türkiyə arasında "bir millət, iki dövlət" prinsipinin bariz nümunəsidir. Bunu Azərbaycanda səfərdə olan Türkiyənin Baş naziri Əhməd Davudoğlu Türk şəhidliyini ziyarət edərkən deyib. Bu barədə Trend Türkiyənin "TRT Haber" telekanalına istinadən  xəbər verib.

Baş nazir bildirib: “Qafqaz İslam Ordusunun göstərdiyi qəhrəmanlıq Türkiyənin qürur yeridir. Şəhid olduqları torpaqlarda bu gün müstəqil dövlətlər qurulub”.

Qeyd edək ki, Ə.Davudoğlu bundan öncə xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.