YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Caspian Energy jurnalı “Əsrin müqaviləsi”nin 20 illiyinə xüsusi nömrə həsr edib

Caspian Energy jurnalının 1994-cü il sentyabrın 20-də Bakıda ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə imzalanmış “Əsrin müqaviləsi”nin 20 illik yubileyinə həsr olunmuş xüsusi buraxılışı işıq üzü görüb.

Jurnalın həmin nömrəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın eksklüziv müsahibəsi dərc olunub. Eyni zamanda, Neftçilər Günü peşə bayramına, Xəzəryanı dövlətlərin başçılarının Həştərxanda keçiriləcək Sammitinə, nəqliyyat dəhlizlərinin beynəlxalq inkişaf aspektlərinə, dünya enerji təhlükəsizliyinə həsr edilmiş eksklüziv müsahibələr və aktual məqalələr yer alıb.

Xüsusi buraxılışda, həmçinin Avropa Komissiyasının vitse-prezidenti, energetika üzrə avrokomissar Günter Ettingerin, Azərbaycan xarici işlər nazirinin müavini, Azərbaycan tərəfindən Xəzərin hüquqi statusu üzrə İşçi Qrupunun rəhbəri Xələf Xələfovun, Qazaxıstan Respublikası Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Zülfiyyə Amanjolovanın, MDB ölkələri ilə dövlət sərhədlərinin delimitasiya və demarkasiyası üzrə Rusiya Federasiyası Prezidentinin xüsusi nümayəndəsi İqor Bratçikovun, ARDNŞ-in prezidenti Rövnəq Abdullayevin, “Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyevin, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Arif Əsgərovun eksklüziv müsahibələri dərc olunub.

Bundan əlavə, jurnalda neft-qaz və infrastruktur sektorlarının inkişafı, eləcə də ARDNŞ və onun struktur bölmələri, Caspian Marine Services Limited, SOCAR Fugro LLC, Schneider Electric, AccessBank, SOCAR-AQS, Grand Hotel Europe, “Ekol Mühəndislik Xidmətləri” QSC, Liebherr, Nabucco Architecture and Construction, Iteca Caspian şirkətləri, həmçinin “G-Global formatında keçid dövründə risklərin idarə edilməsi” VII Astana İqtisadiyyat Forumunun və II Ümumdünya Antiböhran Konfransının yekunları ilə bağlı maraqlı material və müsahibələr də verilib.

Caspian Energy hazırda dünyanın 50 ölkəsində yayılır. Müxtəlif hesablamalara görə, jurnal Xəzər-Qara dəniz və Baltik regionlarının aparıcı nəşrlərinin ilk beşliyinə daxildir. Bir çox sərmayədarlar həmin regionlarda fəaliyyət istiqamətlərini müəyyənləşdirmək üçün bu nəşrdən oriyentir kimi istifadə edirlər.