YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakı “Avro-2020”nin oyunlarına ev sahibliyi etmək hüququ qazandı

Sentyabrın 19-da UEFA-nın İcraiyyə Komitəsi futbol üzrə “Avro-2020”nin final mərhələsinin oyunlarını qəbul edəcək 13 assosiasiyanı seçib.

Şəhərlərin elan olunması mərasimi Cenevrə şəhərindəki “Espace Hippomene” Sərgi Mərkəzində keçirilib.

“Avro-2020”nin oyunları 13 paketə bölünüb - qrup mərhələsinin 3, play-off (1/8 və 1/4 final) mərhələsinin isə 1 oyununun daxil olunduğu 12 standart paket və yarımfinal qarşılaşmalarının və final matçının daxil olunduğu 1 paket.

Standart paket üçün 19 assosiasiya sifariş sənədlərini təqdim edib. Səsvermə nəticəsində Bakı “Avro-2020”nin oyunlarını keçirmək hüququ qazanıb.