YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Bərdə rayon təşkilatı Mehdixanlı və Həsənqaya kəndlərində seçicilərlə görüş keçirib

Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatı tərəfindən prezident seçkilərinin təbliğat-təşviqat kampaniyası uğurla davam etdirilir. YAP Bərdə rayon təşkilatı Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Mehdixanlı və Həsənqaya kəndlərində seçicilərlə görüş keçirib.

Görüşlərdə çıxış edən YAP Bərdə rayon təşkilatının təbliğat qrupunun üzvü Nurayə Məmmədova bildirib ki, cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində bu gün Azərbaycan dünyanın ən sabit, inkişaf etmiş və insanların təhlükəsiz şəraitdə yaşadığı ölkələrindən birinə çevrilib. Onun sözlərinə görə, Prezident İlham Əliyev Azərbaycanın milli maraqlarının, xalqımızın mənafeyinin qorunmasını təmin edir.
Görüşlərdə həmçinin YAP fəalları Ofeliya Hüseynova, Zərifə Məmmədova, Teymur Həmidov, Raqub Yunisov, kənd sakinləri Əhliman Məmmədov, Müşgünaz İsmayılova çıxış edərək Yeni Azərbaycan Partiyasının namizədi, dövlətimizin başçısı İlham Əliyevin apardığı ardıcıl və sistemli islahatlar, həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizin son illərdə qazandığı uğurlardan danışıblar. Bildirilib ki, Azərbaycanın və regionun ən güclü siyasi partiyası olan YAP yarandığı gündən iştirak etdiyi bütün seçkilərdə qələbə qazanıb. YAP Prezident İlham Əliyevin Sədrliyi ilə dövlətimizin inkişafı və xalqımızın əmin-amanlıq içində yaşamasına mühüm töhfələr verməkdədir. Bütün bunlar da xalqımızın partiyamızı dəstəkləyəcəyinə və onun namizədi cənab Prezident İlham Əliyevə səs verəcəyinə təminat verir.

DİGƏR Xəbərlər Arxiv