YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İsa Həbibbəyli: Müdrik və qədirbilən xalqımız növbəti dəfə də mühüm və qəti seçiminin böyük bəhrəsini görəcək

«XXI əsrdə müstəqil Azərbaycanın yeni siyasətini, irəliyə doğru inkişafın üfüqlərini aydın görən, siyasi müstəvidə yeni istiqamətlər açan, yol göstərən görkəmli dövlət xadimi İlham Əliyev möhkəm siyasi iradəyə və hərtərəfli yüksək hazırlığa malikdir». Bu fikri yap.org.az saytına müsahibəsində AMEA-nın vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli deyib.

İ.Həbibbəyli bildirib ki, bacarıqlı dövlət başçısında bu tip yüksək siyasətçi düşüncəsinin və mühüm idarəetmə məharətinin olması dövlətin normal inkişafının və xalqın xoşbəxt həyatının böyük təminatıdır. Bu mənada yeni tarixi epoxada məhz İlham Əliyev kimi böyük siyasətlə yüksək idarəçiliyi və vətənpərvərliyi özündə cəmləşdirən görkəmli bir dövlət xadiminin və mahir siyasətçinin Azərbaycana rəhbərlik etməsi ölkənin və xalqın tarixi şansıdır.

«Xalqımız Prezident seçkilərinə Prezident İlham Əliyevin rəhbərliyi ilə yaradılmış yeniləşmiş möhtəşəm azərbaycan boyda böyük hesabatla gedir. Müasir Azərbaycan haqqında hesabatın müəllifi Azərbaycan xalqının lideri İlham Əliyevdir. Ona görə də ölkənin və xalqımızın qarşıdakı Prezident seçkilərinə gedərkən qəlbinin dərinliklərindən gələn yalnız bir qərarı vardır: İLHAM ƏLİYEV! Uzaqgörən, müdrik və qədirbilən xalqımız növbəti dəfə də bu mühüm və qəti seçiminin böyük bəhrəsini görəcəkdir. İndiki müdrik seçimin ən böyük nəticəsi daha güclü və inkişaf etmiş müstəqil Azərbaycan dövləti və yüksək xoşbəxt həyat şəraiti qazanmaq imkanları əldə edən, birlik və bərabərlik nümayiş etdirən Azərbaycan xalqı olacaqdır»-deyə, akademik vurğulayıb.