YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Binəqədi rayon təşkilatında cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası uğurla davam etdirilir

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı tərəfindən Yeni Azərbaycan Partiyası tərəfindən bu ilin 11 aprel tarixində keçiriləcək Prezident seçkilərinə namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası uğurla davam etdirilir. Bu məqsədlə 27 mart 2018-ci il tarixdə rayon təşkilatının inzibati binasında Binəqədi rayon seçiciləri ilə görüş keçirildi.

Görüşdə giriş nitqi ilə çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri, Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının Binəqədi rayon Şöbəsinin sədri Ramiz Göyüşov dövlət başçısı, prezidentliyə namizəd cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi son 14 il ərzində bütün sahələrdə dinamik inkişafa nail olunduğunu söylədi. Ermənistanın çox ağır iqtisadi, siyasi vəziyyətindən danışaraq Azərbaycandakı uğurlu islahatlar və ordu quruculuğundakı yüksək nailiyyətlər haqqında ətraflı məlumat verdi. Dövlət başçısının siyasi iradəsi ilə işğal altındakı torpaqlarımızın tezliklə azad olunacağına əminliyini ifadə edərək bütün seçiciləri cənab İlham Əliyevə səs verməyə çağırdı.

Milli Məclisin komitə sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov, Milli Məclisin deputatı Madər Musayev çıxış edərək bütün seçiciləri cənab İlham Əliyevə səs verməyə dəvət etdilər.

Görüşdə çıxış edən bir qrup seçici – Vüsalə Fətullayeva, Eldar Qurbanov seçkilərə “İlhamla İrəli” şüarı ilə gedərək cənab İlham Əliyevi dəstəkləyəcəklərini və Azərbaycanın işıqlı gələcəyinə səs verəcəklərini söylədilər.