YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gəncədə seçicilərlə görüş ruh yüksəkliyi ilə davam edir

Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı  Gəncə şəhər şöbəsi namizədliyi YAP tərəfindən irəli sürülən cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşlərini davam etdirir.

Martın 27-də seçicilərlə növbəti görüş YAP Gənşə şəhər təşkilatının qərargahında keçirilib. Görüşdə  YAP Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev, YAP Gəncə şəhər təşkilatının Qadınlar Şurasının sədri, millət vəkili Pərvin Kərimzadə, Milli Məclisin səhiyyə komitəsi sədrinin müavini,  millət vəkili Musa Quliyev, YAP Gəncə şəhər təşkilatının sədr müavini, AMEA-nın akademik katibi Fuad Əliyev, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, professor İbrahim Cəfərov və digər ziyalılar iştirak ediblər.

Təbliğat qrupunun üzvləri seçicilər qarşısında çıxış edərək, Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikası Prezidentliyinə namizəd cənab İlham Əliyevin siyasi fəaliyyətindən, o cümlədən Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi naminə misilsiz xidmətlərindən, həmçinin ölkədə aparılan quruculuq-abadlıq işlərindən danışıblar. Natiqlər seçiciləri xalqımızı uğurlu sabahlara aparan layiqli namizədin siyasətinə səs verməyə səsləyiblər.

Bayram əhval-ruhiyyəli görüş vətənpərvərlik mövzusunda yazılan mahnıların müşayəti ilə yekunlaşıb.