YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəmkirlilər öz seçimlərini ediblər

Yeni Azərbaycan Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası Şəmkirdə də uğurla davam edir. YAP Mərkəzi Seçki Qərargahı Şəmkir rayon şöbəsi tərəfindən təbliğat-təşviqat kampaniyasına start verildiyi gündən seçicilərlə görüşlər keçirilir. Növbəti görüş ötən gün rayonun Zəyəm qəsəbə sakinləri ilə olub.

Görüşdə YAP Mərkəzi Seçki Qərargahı Şəmkir rayon şöbəsi və partiyanın rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Milli Məclisin deputatı Sona Əliyeva və seçki qərargahının üzvləri iştirak ediblər.

YAP Mərkəzi Seçki Qərargahı Şəmkir rayon şöbəsi və partiyanın rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Milli Məclisin deputatı Sona Əliyeva çıxış edərək bildiriblər ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daim irəliləyib. Ölkəmiz hazırda regionun lider dövlətidir və ölkəmizin beynəlxalq aləmdə mövqeyi xeyli güclənib. Azərbaycan iqtisadiyyatının inkişaf etməsi, müasirləşməsi ölkəmizin həm regionda, həm də dünyada mövqeyini ciddi şəkildə möhkəmləndirib. Bütün bunları isə məhz Prezident İlham Əliyev son 15 ildə həyata keçirib. Məhz belə möhtəşəm uğurlara görə füzulilər 11 aprel prezident seçkilərində cənab İlham Əliyevi böyük səs çoxluğu ilə dəstəkləyəcəklər.

Seçicilərlə görüşdə çıxış edən təbliğat qrupunun üzvləri Ayaz İbrahimov və Tofiq İsgəndərov cənab İlham Əliyevin Azərbaycanın inkişafı üçün gördüyü işlərdən danışaraq xalq tərəfindən göstərilən etimadın yüksək səviyyədə doğrultduğunu qeyd ediblər.

Görüşlərdə qəsəbə seçiciləri çıxış edərək bildiriblər ki, biz artıq öz seçimimizi etmişik. Azərbaycanı işıqlı gələcəyə doğru aparan alternativsiz liderimizin gördüyü işlər həyata keçirdiyi uğurlu inkişaf proqramı danılmazdır. Bütün şəmkirlilər də aprelin 11-də hamılıqla seçki məntəqələrinə gedərək yekdilliklə Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verəcəklər.