YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev “Biləsuvar, Beyləqan, İmişli, Neftçala və Saatlı rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında” Sərəncam imzalayıb

Prezident İlham Əliyev martın 27-də “Biləsuvar, Beyləqan, İmişli, Neftçala və Saatlı rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında” Sərəncam imzalayıb.

Biləsuvar, Beyləqan, İmişli, Neftçala və Saatlı rayonlarında cəmi 824 şagird yerlik modul tipli 12 məktəbin quraşdırılması məqsədilə Prezidentin 2018-ci il 22 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.2-ci yarımbəndində göstərilmiş məbləğin 4 milyon 172 min manatı Təhsil Nazirliyinə ayrılıb.

Sərəncama əsasən Biləsuvarın Muğankənd, Neftçalanın Mirzəqurbanlı, Qaraqaşlı, Aşağı Surra, Xoltəzəkənd, Xolqaraqaşlı, Qazaxbərəsi, Pirəbbə, İmişlinin Muradxanlı, Beyləqanın Əhmədli və Gödəklər kənd məktəbləri, həmçinin Saatlı şəhər 1 nömrəli ümumi orta məktəb üçün modul tipli binalar quraşdırılacaq.