YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yevlax rayonunun Qaraməmmədli və Rüstəmli kəndlərində seçicilərlə görüş keçirilib

Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Yevlaxda seçicilərlə görüşlər davam edir. Bu silsilədən növbəti görüşlər isə Yevlax rayonunun Qaraməmmədli və Rüstəmli kəndlərində keçirilib.

Görüşləri giriş sözü ilə açan Milli Məclisin deputatı, YAP Yevlax rayon təşkilatının sədri İlham Məmmədov son 15 ildə Azərbaycanda bütün sahələrdə, o cümlədən sosial siyasət sahəsində qazanılan uğurlardan danışıb. Millət vəkili həmçinin bildirib ki, həyata keçirilən siyasət paytaxtda və regionlarda yeni müəssisələrin və iş yerlərinin yaradılmasına, ölkədə işsizliyin səviyyəsinin minimuma endirilməsinə, insanların layiqli yaşayışının təmin edilməsinə səbəb olub. Bütün bunlar isə onu deməyə əsas verir ki, xalqımız bu seçkilərdə də cənab İlham Əliyevə səs verəcək.

Sonra YAP Yevlax rayon təşkilatının sədr müavini, aparat rəhbəri Əli Quliyev çıxış edərək bildirib ki, 2003-2018-ci illər də Azərbaycanın ən yeni tarixə sabitlik, təhlükəsizlik, hərtərəfli inkişaf dövrü kimi daxil olub, ölkəmiz bütün dünyada sabitlik adası kimi tanınıb: "Mən  inanıram ki, bütün bunları nəzərə alan yevlaxlı seçicilər Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verəcəklər".

YAP Yevlax rayon təşkilatı Qadınlar Şurasının sədri Əminə Əhmədova  isə deyib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində hər bir azərbaycanlı kimi yevlaxlıların da sosial vəziyyəti günbəgün yaxşılaşır, həyat səviyyəsi yüksəlir: "Məhz bu amillərə görə bu seçkilərdə də cənab İlham Əliyevə səs verəcəyik".

Sonra çıxış edən Zakir Rzayev, Vaqif Kərimov və başqaları bildiriblər ki, aprelin 11-də YAP-ın namizədi cənab İlham Əliyevə səs verəcəklər.