YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Saatlı rayon təşkilatı “700 min ağac əkək” kampaniyası çərçivəsində növbəti ağacəkmə aksiyası keçirib

YAP Saatlı rayon təşkilatı “700 min ağac əkək” kampaniyası çərçivəsində növbəti ağacəkmə aksiyasını keçirdi.

Sabirabad Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin müəyyənləşdirdiyi yerlərdə rayonun Qaracalar, Bəylər, Nərimanov, Qazanbatan kəndlərinin ərazilərində və yerli əhəmiyyətli magistral yolların kənarlarında son bir həftə ərzində 1500 ədəd nar, müxtəlif növ meyvə ağacları və həmişəyaşıl ağaclar əkilib. Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının Şura üzvlərinin, Gənclər Birliyinin və partiya fəallarının iştirakı ilə “700 min ağac əkək” kampaniyası çərçivəsində aksiya başlayandan bu günə kimi YAP Saatlı rayon təşkilatı 9000 ağac əkmişdir.

 

 

DİGƏR Partiya xəbərləri Arxiv