YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyevin və Yunanıstanın Baş naziri Antonis Samarasın təkbətək görüşü olub

Sentyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Yunanıstan Respublikasının Baş naziri Antonis Samarasın təkbətək görüşü olub.

Görüşdə ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyi bildirildi, “Cənub” qaz dəhlizinin reallaşmasının əhəmiyyəti vurğulandı. Qeyd edildi ki, Azərbaycan ilə Yunanıstan arasında əməkdaşlıq əlaqələrinin böyük perspektivi var.

Söhbət zamanı ikitərəfli münasibətlər, beynəlxalq və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıldı.

 

DİGƏR Xəbərlər Arxiv