YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyavuş Novruzov: Soyqırımı ilə bağlı əsərlər daha çox beynəlxalq aditoriyaya təqdim olunmalıdır

«Azərbaycanlılara qarşı törədilən soyqırımlar  haqqında indiyə qədər yüzlərlə elmi əsərlər, kitablar nəşr olunub. Hesab edirəm ki, bu tarixi əsərlər, soyqırımı ilə bağlı sənədlər  daha  çox beynəlxalq aditoriyaya təqdim olunmalıdır». Bu fikirləri YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən xüsusi iclasında bildirib.

«Bu sənədlər xarici dillərə tərcümə olunaraq beynəlxalq ictimaiyyətə çatdırılmalıdır. Həmin sənədlər tərcümə olunub internetdə yerləşdirmək lazımdır ki, hər kəs oxusun.Təklif edərdim ki, Milli Məclisin bəyanatı da müxtəlif dillərə tərcümə olunsun və  xarici ölkələrin parlamentlərinə göndərilsin. Həmçinin, bu məlumatlar müxtəlif yerli və xaricdə fəaliyyət göstərən saytlarda yerləşdirilsin»-deyə, S.Novruzov vurğulayıb.