YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nizami rayon təşkilatında müşahidəçilər və məşvərətçilər üçün treninq keçirilib

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatında 11 aprel 2018-ci il tarixində keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar səsvermə günü müşahidə aparacaq müşahidəçilərlə və məşvərətçilərlə növbəti treninq keçirilib.

Treninqdə çıxış edən YAP Nizami rayon təşkilatının sədr müavini Ramin Əhmədov, rayon təşkilatının aparat rəhbəri Ramil Vəlibəyov Prezident seçkilərinə hazırlıqla bağlı YAP tərəfindən görülən işlər haqqında məlumat veriblər. Qeyd olunub ki, Yeni Azərbaycan Partiyası qarşıdan gələn Prezident seçkilərinə ciddi hazırlaşıb, mərhələlər üzrə işlər davam etdirilir.

Çıxış edənlər seçki məntəqələrinə və dairələrə təyin edilmiş müşahidəçilərin və məşvərətçilərin vəzifələri barədə də ətraflı məlumat veriblər.

Vurğulanıb ki, Prezident seçkilərinin yüksək standartlara uyğun, aşkarlıq və demokratiya şəraitində keçirilməsi üçün müşahidəçilərin və məşvərətçilərin də üzərinə məsuliyyət düşür. Bildirilib ki, müşahidəçilərin və məşvərətçilərin Seçki Məcəlləsində təsbit olunmuş hüquq və vəzifələri, səlahiyyətləri var. Ona görə də, müşahidəçilər və məşvərətçilər diqqətli olmalı və üzərilərinə düşən vəzifəni layiqincə yerinə yetirməli, obyektiv monitorinq aparmalıdırlar.

Treninq diskusiya şəklində keçirilib, hər bir müşahidəçi və məşvərətçiyə yaddaş kitabçaları paylanıb və onları maraqlandıran suallara cavablar verilib.

DİGƏR Xəbərlər Arxiv