YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəmkirdə seçicilərlə növbəti görüş keçirilib

Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatı aprelin 11-də keçiriləcək prezident seçkilərində YAP-ın namizədi cənab İlham Əliyevin təbliğat – təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşlərini davam etdirir.

Növbəti görüş rayonun Çinarlı qəsəbəsının, Yeni-Həyat, Qasmallar, Şeyidlər və Keçili kəndlərinin seçiciləri ilə keçirilib. Tədbirdə YAP Mərkəzi Seçki Qərargahının Şəmkir rayon şöbəsinin sədri Fəxrəddin Vəliyev çıxış edərək ölkəmzidə prezident seçkilərinin azad, demokratik və şəffaf keçirilməsi istiqamətində görülən işlər haqqında məlumat verib. O, seçiciləri bu mühüm siyasi kampaniyada fəal iştirak etməyə və YAP-ın namizədi cənab İlham Əliyevə səs verməyə çağırıb.

Görüşdə çıxış edən Milli Məclisin deputatı Sahibə Qafarova YAP-ın namizədi və xalqımızın alternativsiz lideri cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdə Azərbaycanın qazandığı möhtəşəm nailiyyətlər barədə geniş məlumat verib. Sahibə Qafarova deyib ki, xalqımız 11 aprel tarixində öz işıqlı gələcəyi naminə ən düzgün qərarı verəcək və müasir Azərbaycanı son 15 ildə böyük zirvələrə qaldırmış, bu gün qürurla bəhs etdiyimiz nailiyyətlərinin memarı olan cənab İlham Əliyevə səs verəcək.

Görüşdə həmçinin çıxış edən rayon təşkilatının üzvləri və seçicilər yekdilliklə YAP-ın namizədi cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.