YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Binəqədi rayon təşkilatında seçicilərlə növbəti görüş keçirilib

30 mart 2018-ci il tarixdə Yeni Azərbaycan Partiyası Mərkəzi seçki Qərargahının Binəqədi rayon Şöbəsində Prezidentliyə namizəd cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Binəqədi rayonunun ağsaqqal seçiciləri ilə görüş keçirildi.

Görüşü giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri, YAP Mərkəzi seçki Qərargahının Binəqədi rayon Şöbəsinin sədri Ramiz Göyüşov bildirdi ki, dövlət başçısı, bu ilin 11 aprel tarixində keçiriləcək növbəti Prezident seçkilərində qeydə alınmış namizəd cənab İlham Əliyevin son 14 il ərzində Azərbaycanda həyata keçirdiyi layihələr, gördüyü işlər əvəzsizdir. Bu 14 il ərzində ölkəmizdə əsrə bərabər uğurlar əldə olunub, dövlətimiz olduqca böyük və şərəfli yol keçib. Azərbaycan bütün sahələrdə böyük uğurlara imza atıb. Bütün bu uğurların əsasında isə cənab İlham Əliyevin milli maraqlara söykənən uğurlu siyasi xətti durur. İnanırıq ki, bu siyasətin ölkəmizdə daha uzun illər davam etdirilməsi ilə daha böyük və misligörülməmiş uğurlar qazanacağıq. Sədr çıxışının sonunda bütün ağsaqqal seçiciləri Prezidenti dəstəkləməyə və ona səs verməyə çağırdı.

Milli Məclisinin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov görüşdəki çıxışında dövlətimiz tərəfindən bütün təbəqələrdən olan insanlara xüsusi diqqət və qayğı göstərildiyini, onların maddi-rifah halının yaxşılaşdırılması, onlara normal həyat şəraitinin təmin edilməsi istiqamətində müvafiq tədbirlərin görüldüyünü söylədi. Bu diqqət və qayğıdan yararlananlar içərisində ağsaqqalları xüsusi qeyd etdi. Bu gün ölkəmizdə ağsaqqala, ağsaqqal sözünə hər zaman ehtiyac olduğunu, onların həyat və əmək təcrübələrindən hər zaman yararlanıldığını vurğuladı. Müxtəlif sahələr üzrə xidmətləri olan ağsaqqalların təqaüdlərə layiq görülməsinin, onlara bir sıra dövlət təltiflərinin verilməsinin və s. ölkə Prezidenti cənab İlham Əliyevin ağsaqqal zəhmətinə verdiyi qiymətin bariz nümunəsi olduğunu söylədi. Fəttah Heydərov Azərbaycan Ağsaqqallar Şurasının sədri olaraq daim münasibətdə və ünsiyyətdə olduğu ağsaqqallarla söhbətindən belə nəticəyə gəldiyini bildirdi ki, Azərbaycan ağsaqqalları cənab Prezidenti dəstəkləyir, onun daxili siyasətini bəyənir və bu siyasətin ölkəmizi işıqlı gələcəyə apardığını alqışlayırlar.

Milli Məclisin komitə sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov çıxışında bildirdi ki, tarixin bütün dövrlərində Azərbaycanın heç vaxt indiki qədər güclü və müstəqil olmayıb. Azərbaycanda aparılan müstəqil siyasət, uğurlu daxili islahatlar və balanslaşdırılmış xarici siyasət daha davamlı inkişafımıza əsaslı zəmin yaradır. Ölkəmizin daha da qüdrətlənməsinə, regionda olduğu kimi dünyada söz sahibinə çevrilməsinə mühüm təsir göstərir. Eldar İbrahimov çıxışının sonunda bütün seçiciləri cənab İlham Əliyevə səs verməyə dəvət etdi.

Görüşdə həmçinin çıxış edən bir qrup ağsaqqal seçici  - Binəqədi rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev, Yolçu Zeynalov, Şahrza Ağayev və digərləri burada səsləndirilən fikirlərlə razı olduqlarını və yekdilliklə Prezident cənab İlham Əliyevə səs verəcəklərini bildirdilər. Qeyd etdilər ki, Azərbaycanın son illər ərzində qazandığı uğurlarla 1990-cı illərin əvvəllərindəki tarixi hadisələri və daha erkən tariximizi müqayisə etdikdə ölkəmizin nə qədər əzəmətli nailiyyətlərə imza atdığının şahidi olarıq. Bu baxımdan ağsaqqalların tək və yeganə seçimi məhz cənab İlham Heydər oğlu Əliyevdir.