YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Daşkəsənlilərin seçimi cənab İlham Əliyevdir

Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Daşkəsən rayon şöbəsinin seçicilərlə növbəti görəşi Qaraqullar kəndində keçirilib.

 Görüşdə çıxış edən YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev bildirib ki, artıq Daşkəsən rayonunun bir neçə yaşayış məntəqələrində bu cür mitinqlər, görüşlər təşkil olunur, hamı öz sözünü, istəyini demokratik şəraitdə ifadə edir: “Bu gün sizin bu görüşə belə böyük həcəslə, istəklə gəlməyinizi gördükdən sonra bir daha əmin olduq ki, Azərbaycanda xalq-iqtidar birliyi çox güclüdür. Bu da səbəbsiz deyil. Cənab İlham Əliyevin xalq qarşısındakı xidmətlərini indi hər bir azərbaycanlı yaxşı görür və hiss edir. Bu istək, qarşılıqlı hörmət vətənini, xalqını sevən hər bir azərbaycanlının  ürəyində əbədiyyətə qədər yaşayacaqdır”.

Sonra mitinqdə seçicilər - Aygün Bayramova, Daşdəmir Məmmədov, Fidail Həsənov, Kifayət Aslanova, Elnur Ələsgərov, Malik Əliyev və digərləri çıxış edərək vətən, xalq qarşısındakı böyük xidmətlərinə, Heydər Əliyev siyasətini dövrün, zamanın tələblərinə uyğun yaradıcılıqla, yüksək səviyyədə davam etdirdiyinə görə cənab İlham Əliyevə səs verəcəklərini bildirərək mitinq iştirakçılarını da 11 aprel 2018-ci il tarixdə keçiriləcək prezident seçkilərində YAP-ın namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.