YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Suraxanı rayon təşkilatı seçicilərlə növbəti görüş keçirib

YAP Suraxanı rayon təşkilatı prezident seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüş keçirib.

Tədbirdə çıxış edən YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov son 15 ildə Prezident İlham Əliyevin siyasəti nəticəsində qazanılan uğurlardan danışıb.

 V. Seyidov 11 aprel seçkilərində seçiciləri cənab İlham Əliyevə səs verməyə çağırdı.

Görüşdə  Milli Məclisin deputatları Ağacan Abiyev və Sevinc Fətəliyeva, Bəhlul Məmmədov, Tünzalə Süleymanova, Şərqiyyə İsmayılova, Şəfa Yusubova və başqaları  çıxış ediblər.