YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Venesuelanın Azərbaycanda səfirliyi açılıb

Azərbaycanın Xarici İşlər Nazirliyi Dövlət Protokol İdarəsinin rəisi səfir Pərvin Mirzəzadə Venesuelanın ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Pedro Argenis Sançes Flores ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Venesuela səfirliyinin müvəqqəti işlər vəkili səfir Pərvin Mirzəzadəyə xarici işlər naziri Jorje Arreaza Monzerrat tərəfindən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarova ölkəsinin Bakıda səfirliyinin açılması və Pedro Argenis Sançes Floresin müvəqqəti işlər vəkili təyin olunması barədə məktubunu təqdim edib.

Səfir Pərvin Mirzəzadə Venesuelanın Azərbaycanda səfirliyinin açılması barədə qərarın alqışlandığını qeyd edərək bunun ölkələrimiz arasında əlaqələrin inkişafına töhfə verəcəyini bildirib.

Görüşdə Qoşulmama Hərəkatının aprelin 3-6-da Bakıda keçiriləcək iclasına hazırlıq, Qoşulmama Hərəkatında sədrliyin 2019-cu ildə Venesueladan Azərbaycana keçməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.