YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MSK 1000 seçki məntəqəsində veb-kamera quraşdırılmasına qərar verib

Martın 30-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

MSK Katibliyinin media və ictimai əlaqələr şöbəsindən bildiriblər ki, əvvəlcə Komissiyanın 2018-ci il 24 mart tarixli iclasının protokolu təsdiq edilib.

Sonra cari ildə keçiriləcək Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar seçki günü seçki məntəqələrində proseslərin əvvəldən axıradək, fasiləsiz və arasıkəsilmədən izlənilməsi məqsədilə, işğal edilmiş ərazilər istisna olmaqla, respublika ərazisinin tam əhatə olunması prinsipi əsas götürülərək, 119 seçki dairəsi üzrə 1000 (min) seçki məntəqəsində veb-kameraların quraşdırılmasına qərar verilib.

MSK Azərbaycan Respublikası Prezidenti seçkilərində Azərbaycan Demokrat Partiyası tərəfindən təqdim olunan vəkil edilmiş şəxsləri də qeydə alıb.

Beynəlxalq müşahidə missiyalarının və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdikləri iclasda cari məsələlərə də baxılıb.