YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Corat qəsəbəsinin seçiciləri cənab İlham Əliyevi seçir

11 apreldə keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası uğurla davam edir.

YAP Sumqayıt şəhər təşkilatının kampaniya çərçivəsində Corat qəsəbəsində keçirilən növbəti görüşünü giriş sözü ilə açan YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov bildirib ki, cənab İlham Əliyev ölkəmizin alternativsiz lideridir: "Prezident İlham Əliyev Azərbaycanı qabaqcıl dünya ölkələrindən birinə çevirib. Ona bu işdə dəstək olmaq üçün hər bir azərbaycanlı 11 apreldə seçki məntəqələrinə gedərək cənab İlham Əliyevin növbəti müddətdə ölkəmizə rəhbərlik etməsi üçün səs verməlidir".

Çıxış edənlərdən Milli Məclisin deputatları Muxtar Babayev, Mirzəcan Xəlilov bildiriblər ki, Azərbaycanda aparılan iqtisadi islahatlar nəticəsində istənilən sahədə, iqtisadi və sosial məsələlərin həllində gözəl nailiyyətlərimiz var. Millət vəkili onu da vurğulayıb ki, keçirilən görüşlərdəki  yüksək əhval-ruhiyyə  onu göstərir ki,  ictimai-siyasi proseslərdə daim fəallıq göstərən vətəndaşlarımız bu  seçkilərdə də yaxından iştirak edəcəklər, Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verəcəklər.

Tədbirdə çıxış edən YAP Sumqayıt şəhər təşkilatının seçki qərargahının üzvləri Orucəli Allahverdiyev, Əvəz Mahmudov, Səkinə Sadıxova və başqaları bildiriblər ki, Sumqayıt seçiciləri hər zaman Ulu öndər Heydər Əliyev siyasi kursuna sadiqdirlər və seçki günü bütün seçicilərimiz cənab İlham Əliyevə səs verəcəklər.