YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xızı rayonunun Yeni Yaşma kəndində seçicilərlə görüş keçirilib

11 aprel 2018-ci ildə ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası Xızı rayon təşkilatı Yeni Yaşma kəndində  seçicilərlə görüş keçirib.

Tədbiri YAP Xızı rayon təşkilatının sədri Fərrux Haqverdiyev açaraq, Yeni Azərbaycan Partiyasının namizədi, dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi ardıcıl və sistemli islahatlar, daxili və xarici siyasət nəticəsində ölkəmizin son illərdə qazandığı uğurlardan bəhs edib. F.Haqverdiyev bildirib ki, müasir dövlətimiz məhz bu siyasət nəticəsində inkişaf edir. O, seçiciləri Heydər Əliyev siyasətinin davamı naminə 11 aprel seçkilərində cənab İlham Əliyevə səs verməyə çağırıb.
Sonra “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev çıxış edərək deyib ki, xalqımız prezident seçkisi üçün artıq özünün qəti seçimini edib: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qarşıdakı seçkilərdə Azərbaycan xalqının mütləq əksəriyyətinin namizədidir. Uzaqgörən, müdrik və qədirbilən xalqımız növbəti dəfə də bu mühüm və qəti seçiminin böyük bəhrəsini görəcəkdir”.
Tədbirdə çıxış edən seçicilər bildiriblər ki, ölkənin firavan gələcəyi naminə ən layiqli namizədə - cənab İlham Əliyevə səs verəcəklər.