YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qaradağ rayonunun Sahil qəsəbəsində seçicilərlə görüş keçirilib

Aprelin 11-də keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası Qaradağ rayonunda uğurla davam edir.

Kampaniya çərçivəsində seçicilərlə növbəti görüş rayonun Sahil qəsəbəsində keçirilib.

Görüşdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Hüseynov prezident seçkilərinin Azərbaycan dövlətinin qarşıdakı illərdə inkişafı baxımından əhəmiyyəti, həmçinin cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 15 ildə Azərbaycanın qazandığı əzəmətli nailiyyətlər barədə ətraflı məlumat verib. Milli Məclisin deputatı Aydın Hüseynov deyib ki, son 15 ildə Azərbaycan böyük və şərəfli inkişaf yolu keçib, möhtəşəm tarixi nailiyyətlər qazanıb. İqtisadi sahədə əldə olunan genişmiqyaslı uğurlar bütün sahələrdə paralel islahatların həyata keçirilməsini şərtləndirib. Aydın Hüseynov bunları nəzərə alaraq, rayon sakinlərini aprelin 11-də seçki məntəqələrinə gedərək Azərbaycana böyük qələbələr və uğurlar qazandırmış, xalqımızın alternativsiz lideri cənab İlham Əliyevə səs verməyə çağırıb.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov görüşdə çıxış edərək 2003-cü ildən bəri keçilən böyük inkişaf yolunun əsas parametrləri haqqında fikirlərini bölüşüb, Azərbaycanın təhsil sahəsində qazandığı nailiyyətləri diqqətə çatdırıb. O, deyib ki, islahatların ardıcıllığını, uğurların davamlılığını təmin etmək üçün hamılıqla 11 apreldə seçki məntəqələrinə gedərək cənab İlham Əliyevə səs verməliyik.

Görüşdə "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev çıxış edərək deyib ki, Azərbaycan əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla reallaşdırılan daxili və xarici siyasət sayəsində böyük inkişaf, tərəqqi əldə edib. O, bütün seçiciləri prezident seçkilərində xalqımızın yeganə namizədi İlham Əliyevə səs verməyə çağırıb.
Görüşdə çıxış edən YAP Qaradağ rayon təşkilatının Seçki Qərargahının üzvü Xaliq Məmmədov, rayon sakinləri adından Rafiq Şahməmmədov və digərləri ölkəmizin son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə qazandığı uğurlar barədə geniş məlumat verərək Qaradağ rayon seçicilərinin aprelin 11-də fəal və mütəşəkkil şəkildə seçki məntəqələrinə gedərək Azərbaycanın müstəqilliyinin və inkişafının təminatçısı olan Heydər Əliyev siyasətinə, bu siyasətin layiqli davamçısı cənab İlham Əliyevə səs verəcəyinə əminliklərini ifadə ediblər.