YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Xəzər rayon təşkilatı təbliğat-təşviqat kampaniyası çərçivəsində Binə qəsəbəsinin seçiciləri ilə görüş keçirdi

Yeni Azərbaycan Partiyası Xəzər  rayon təşkilatı Prezidentliyə namizəd cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Binə qəsəbəsinin seçiciləri ilə görüş keçirdi.

 YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov bildirdi ki, ölkəmizdə keçirilən seçkilər hər zaman mühüm siyasi hadisə kimi cəmiyyətimizin diqqət mərkəzindədir və vətəndaşlarımız seçkilərdə fəal iştirak edirlər.

N.Əhmədov qeyd etdi ki, son 15 ildə ölkəmiz yüksək inkişaf yolu keçib. Ölkə başçısı cənab İlham Əliyevin reallaşdırdığı uğurlu layihələr, apardığı islahatlar nəticəsində bütün Azərbaycanda olduğu kimi, Xəzər  rayonunda da böyük işlər görülüb. Bu uğurlu siyasət dövlətçiliyimizin, xalqımızın inkişafına, tərəqqisinə yönəlmişdir. Təbiidir ki, bu nailiyyətlər ölkə vətəndaşları tərəfindən yüksək qiymətləndirilir və cəmiyyətimiz xalqın mənafeyinə xidmət edən bu siyasi kursu dəstəkləyir.

Milli Məclisin deputatı Rauf Əliyev, YAP Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirdilər ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə 2003-cü ildən bu günə qədər  keçən müddət ərzində Azərbaycanın siması tamamilə kökündən dəyişib, iqtisadiyyatımız böyük inkişaf mərhələsi keçib. Neçə ildir ki, ölkəmiz dünyada yüksək inkişaf dinamikası nümayiş etdirir. Bütün bunlar bir yandan Azərbaycan vətəndaşlarının öz dövlətləri ilə qürur hissi keçirmək hisslərini formalaşdırır, digər tərəfdən xalqımızın rifahının, həyat səviyyəsinin və həyat tərzinin əhəmiyyətli dərəcədə dəyişməsi üçün etibarlı  zəmin yaradır. Son illərdə insanların yaşayış səviyyəsində əhəmiyyətli nailiyyətlərin əldə edilməsi, Azərbaycanın sosial simasının dəyişməsi, regionların inkişaf etdirilməsi YAP-ın həm də ictimai nüfuzunu müəyyənləşdirən amillərdir. Hər bir Azərbaycan vətəndaşı YAP-ın timsalında ölkənin bugünkü inkişafını təmin edən və gələcək tərəqqisinin əsasında dayanan ictimai gücü görür.

Görüşdə çıxış edən Binə qəsəbəsinin sakinləri bildirdilər ki, ölkəmizin sürətli inkişafı hər bir Azərbaycan vətəndaşında qürur və iftixar hisslərini formalaşdırır. Eyni zamanda, bu inkişafın hər bir vətəndaşın həyatında dəyişikliklər üçün əsas verməsi inamımızı şərtləndirən amildir. Bu gün inkişaf edən, bütün istiqamətlərdə davamlı olaraq gücünü artıran dövlətimizin qarşısında dayanan hədəflər hər bir vətəndaş üçün çox önəmlidir. Çünki cənab Prezident İlham Əliyevin apardığı uğurlu siyasət birbaşa vətəndaşın sosial rifahına yönəlib. Cənab İlham Əliyevə səs verməklə müstəqilliyimizin daha da  möhkəmləndirilməsinə, bütövlükdə ölkəmizin inkişafına səs verəcəyik. Çünki Azərbaycanın xoşbəxt gələcəyi Heydər Əliyev siyasəti ilə bağlıdır. Bu  siyasətin layiqli  davamçısı cənab İlham Əliyev  11 aprel prezident seçkilərində yenidən qələbəsini təmin edərək, Azərbaycanın davamlı inkişafının təminatçısı kimi təkmil islahatları ilə möhtəşəm uğurlarımızın miqyasını daha da genişləndirəcək. 

 

DİGƏR Xəbərlər Arxiv