YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Qasımlı: 1918-ci ilin 31 martın azərbaycanlıların soyqırımı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biridir

«1918-ci ilin 31 martın azərbaycanlıların soyqırımı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biridir». Bu fikri AMEA-nın  Qafqazşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı Musa Qasımlı deyib.

Ötən 20 il ərzində aparılan araşdırmalar sayəsində çox sayda yeni fakt və sənədlərin toplandığını diqqətə çatdıran M.Qasımlı Quba şəhərində aşkarlanan kütləvi məzarlığı azərbaycanlıların soyqırımının əyani sübutu kimi səciyyələndirib. Millət vəkili bildirib ki, tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının dəfələrlə çox olduğunu təsdiqləyib. O, yalnız 1998-ci il martın 26-da Ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verildiyini və 31 martın “Azərbaycanlıların Soyqırımı Günü” elan edildiyini diqqətə çatdırıb.