YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yaqub Mahmudov: Ermənilər iki əsrdən artıq müddətdə azərbaycanlılara qarşı soyqırımları, kütləvi qırğınlar, amansız cinayətlər törədiblər

«Ermənilər iki əsrdən artıq müddətdə azərbaycanlılara qarşı soyqırımları, kütləvi qırğınlar, amansız cinayətlər törədiblər». Bu fikri AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov deyib.

Y.Mahmudov bildirib ki, 1918-ci ilin martında erməni daşnakları tərəfindən Azərbaycanın Bakı, Quba, Qarabağ, Şamaxı, Kürdəmir, Salyan, Lənkəran və başqa bölgələrində törədilən soyqırımları nəticəsində on minlərlə dinc azərbaycanlı qətlə yetirilib. Onun sözlərinə görə, 1918-ci ilin mart ayından etibarən azərbaycanlı əhali erməni millətçiləri tərəfindən yalnız milli mənsubiyyətinə görə məhv edilib, insanlar diri-diri yandırılıb, nadir tarixi abidələr, xəstəxanalar, məktəblər, məscidlər dağıdılıb.

«Azərbaycanlıların soyqırımı əsasən Bakı, Şamaxı, Quba, Kürdəmir və Salyan qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan və Lənkəranda xüsusi qəddarlıqla həyata keçirilib. Mart hadisələri zamanı Şamaxının 75 kəndi ermənilər tərəfindən tamamilə məhv edilib, 7 min nəfər öldürülüb. Erməniləri Azərbaycan ərazisinə köçürən qüvvələrin hər zaman onları müdafiə etdiyini deyən Y.Mahmudov tarixdə ermənilərə qarşı soyqırımının olmadığını, lakin ermənilər tərəfindən dəfələrlə soyqırımının törədildiyini söyləyib. Ermənilərin törətdiyi cinayətlər bütün dünya tarixi üçün silinməz ləkədir. Xocalı soyqırımı dünyanın gözü qarşısında baş verib. Lakin ona hələ də beynəlxalq səviyyədə tam qiymət verilməyib»- deyə, Y.Mahmudov qeyd edib.

Tarix İnstitutunun direktoru vurğulayıb ki, Azərbaycan dövlətinin gördüyü işlər nəticəsində bu gün artıq dünya dövlətləri və beynəlxalq təşkilatlar ölkəmizin haqq işini müdafiə edir və getdikcə daha çox ölkə Ermənistanı işğalçı dövlət kimi tanıyır.