YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Minlərlə soydaşımız Quba Soyqırımı Memorial Kompleksinə yürüş edib

Martın 31-də 1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümü ilə əlaqədar Qubada Soyqırımı Memorial Kompleksinə yürüş təşkil olunub.

Yürüşdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, komitə və şirkətlərin rəhbərləri, diplomatik korpusun nümayəndələri, dini konfessiyaların başçıları və ölkəmizin bütün bölgələrindən vətəndaşlar iştirak ediblər.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb.

Sonra 1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümü ilə əlaqədar yürüş başlayıb.

Azərbaycan Respublikası Prezidentinin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamına əsasən təşkil olunan yürüş Dövlət Pedaqoji Universitetinin Quba filialının qarşısından Memorial Kompleksə qədər davam edib.

Minlərlə insanın qatıldığı yürüşdə “Erməni vandalları cəzalandırılsın!”, “Ermənistanın 100 illik terroru!”, “1918-ci il soyqırımını unutmadıq!”, “Xocalıya ədalət!” şüarları səsləndirilib.

Yürüş iştirakçıları Quba Soyqırımı Memorial Kompleksinin ərazisində soyqırımı qurbanlarının xatirə abidəsinin önünə əklil və gül dəstələri qoyublar.

Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anıldıqdan sonra onların ruhuna dualar oxunub.