YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Pirallahı rayon təşkilatı qadın seçicilərlə görüş keçirib

Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının şəhər və rayon şöbələri prezident seçkisi ilə bağlı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirirlər. Partiyanın Sədri, Azərbaycan Respublikası Prezidentliyinə namizəd İlham Əliyevin seçki kampaniyası çərçivəsində növbəti görüş Pirallahı rayon qadınları ilə keçirilib.

Tədbiri giriş sözü ilə açan YAP Pirallahı rayon təşkilatının sədri, YAP Mərkəzi seçki Qərargahının Pirallahı rayon şöbəsinin sədri Hikmət Şikarov  ilk öncə son 15 ildə Prezident İlham Əliyevin siyasəti nəticəsində qazanılan uğurlardan danışıb. Dövlətimiz tərəfindən bütün təbəqələrdən olan insanlara xüsusi diqqət və qayğı göstərildiyini, onların maddi-rifah halının yaxşılaşdırılması, onlara normal həyat şəraitinin təmin edilməsi istiqamətində müvafiq tədbirlərin görüldüyünü söyləyib.

Sonra çıxış edən Azərbaycan qadınlarının ictimai-siyasi həyatdakı fəal rolu barədə məlumat verərək bildirib ki, Azərbaycan qadını Azərbaycan dövlətçiliyinin güclənməsində, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşmasında mühüm rol oynayıb.

Çıxış edənlərdən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, iqtisad elmləri doktoru  Ədalət Muradov, YAP Pirallahı rayon təşkilatının Qadınlar Şurasının sədri Kəmalə Mustafayeva, YAP Pirallahı rayon təşkilatının məsul əməkdaşı  Günel Məmmədova, rayon ziyalıları adından çıxış edən Həcər Ramazanova və  Sevda Alxasova bu gün cənab Prezident İlham Əliyev tərəfindən  Azərbaycanda  qadınların  cəmiyyətdə və dövlət idarəçiliyində rolunun artmasına yönəlmiş siyasətin uğurla həyata keçirildiyini bildirdilər.

Daha sonra görüşdə çıxış edən Azərbaycanda qadınların ictimai-siyasi fəallığının təmin edilməsi üçün hər cür şəraitın yaradıldığından bəhs edib.  Bildirib ki, Pirallahı qadınları qarşıdan gələn prezident seçkilərində ölkəmizin dinamik inkişafını təmin edən ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycana beynəlxalq aləmdə böyük nüfuz qazandıran cənab İlham Əliyevin namizədliyini dəstəkləyir, cəmiyyətimizin bütün üzvlərini onun ətrafında sıx birləşməyə çağırırlar.