YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilmişdir

Sentyabrın 20-də Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilmişdir. 

Müşavirədə çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov toplantıda qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlıq işlərinin müzakirə olunacağını qeyd etmişdir. Əli Əhmədov bildirmişdir ki, bu cür müzakirələrin bütövlükdə qarşıda duran vəzifələrin yerinə yetirilməsi və seçki kampaniyasının yüksək səviyyədə təşkil edilməsi baxımından böyük əhəmiyyəti vardır.

Müşavirədə YAP Sədrinin müavini Əli Əhmədov seçkilərə hazırlıq məsələləri ilə əlaqədar partiyanın rayon və şəhər təşkilatlarının sədrlərinə müvafiq tövsiyə və tapşırıqlarını vermişdir.

Toplantı müzakirələr şəraitində davam etmişdir.