YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP İmişli rayon təşkilatı rayonun Xəlfəli, Hacımuradlı, Kürmahmudlu, Muradallı, Otuziki, Nurulu, Qulubəyli, Muradxanlı, Oruclu, Əliqulular kəndlərində görüşlər keçirib

YAP Mərkəzi Seçki Qərargahı İmişli rayon şöbəsinin üzvləri təbliğat-təşviqat kampaniyası çərçivəsində aprelin 1-də rayonun Xəlfəli, Hacımuradlı, Kürmahmudlu, Muradallı, Otuziki, Nurulu, Qulubəyli kəndlərində, aprelin 2-də isə Muradxanlı, Oruclu, Əliqulular kəndlərində, seçici qadınlarla və gənclərlə  görüşlər keçiriblər.

Görüşlərdə çıxış edən YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev bildirib ki,  sevindirici haldır ki,  Azərbaycanda növbəti prezident seçkiləri cəmiyyətimizin iqtisadi, ictimai-siyasi, mənəvi-psixoloji durumunun yüksək olduğu bir vaxtda keçirilir. Həmçinin xalqımız yaxşı bilir ki, 11 aprel prezident seçkilərində cənab İlham Əliyevin qələbəsi labüddür.

Milli Məclisin deputatı Əsabil Qasımov qadınlarla və gənclərlə keçirilən görüşlərdə çıxış edərək xüsusilə vurğulayıb ki, həm qadınlarımız, həm də gənclərimiz 11 aprel prezident seçkilərində cənab İlham Əliyevə ona görə etimad göstərəcəklər ki, onlar son 15 ildə ölkədəki möhtəşəm inkişafın uğurlu nəticələrini öz şəxsi həyatlarında hiss ediblər.

Görüşlərdə çıxış edən YAP İmişli rayon təşkilatı Qadınlar Şurasının sədri Validə Zülfüqarova bildirib ki, bu gün insanlar o siyasətə dəstək verir ki, onun real nəticələrini gündəlik güzəranlarında duyurlar. Bu mənada cənab İlham Əliyevin yürütdüyü siyasət  vətəndaşların həyat şəraitini getdikcə daha da yaxşılaşdıran, cəmiyyət həyatına möhtəşəm nailiyyətlər gətirən reallıqdır. Ardıcıl, sistemli şəkildə davam etdirilərək səmərəli və effktiv nəticələr yaradan inkişaf prosesidir.

Çoxsaylı seçicilərin iştirak etdikləri görüşlərdə çıxış edənlər  yekdilliklə cənab İlham Əliyevə səs verəcəklərini bəyan ediblər.