YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qobustanlılar güclü liderə- İlham Əliyevə səs verəcəklər

Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Qobustan rayon  şöbəsi namizədliyi partiya tərəfindən irəli sürülən cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Qobustan şəhərində  seçicilərlə  görüş keçirib.

Görüşdə çıxış edən YAP Mərkəzi Seçki Qərargahı Qobustan rayon  şöbəsinin və partiyanın rayon təşkilatının sədri Füzuli Gülaliyev bildirib ki, son 15 ildə ölkəmiz yüksək inkişaf yolu keçib: «Ölkə başçısı cənab İlham Əliyevin reallaşdırdığı uğurlu layihələr, apardığı islahatlar nəticəsində bütün Azərbaycanda olduğu kimi, Qobustan rayonunda da böyük işlər görülüb. Biz həmişə haqqa - ədalətə önəm verən, xalqını - vətənini  dərin məhəbbətlə sevən, fəaliyyəti ilə əməlləri bir olan liderə arxalanmışıq. Belə bir insan, belə bir qətiyyətli rəhbər, belə bir müdrik siyasətçi İlham Əliyevdir.»

Tədbirdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyyasının  Riyaziyyat və Mexanika  institunun direktoru Misir Mərdanov bildirib ki, ötən 15 ildə cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkəmizin hərtərəfli inkişafını daha da sürətləndirib.

Təbliğat-təşviqat qrupunun üzvlərindən İmran Sabirov, Zaur  Cəfərov və digərləri ölkəmizin son illərdə qazandığı iqtisadi nailiyyətlərdən danışaraq, cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olduğunu qeyd ediblər.

Görüşdə çıxış edən Qobustan şəhər  sakinlərindən Təhmiraz Ağaquliyev,  aşıq Abbas Güləliyev, təbliğatçılardan Gülağa Cəbrayılov və digərləri bildiriblər ki, cənab İlham Əliyevə səs verməklə müstəqilliyimizin daha da  möhkəmləndirilməsinə, bütövlükdə ölkəmizin inkişafına səs vermiş olacağıq.