YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Laçın rayon təşkilatı Bərdə rayonunda məskunlaşmış laçınlılarla görüş keçirdi

Ölkəmizdə  aprelin 11-də keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının  namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası uğurla davam etdirilir. Təbliğat-təşviqat kampaniyası çərçivəsində YAP Laçın rayon təşkilatının təbliğat qrupu tərəfindən növbəti görüş Bərdə rayonunda məskunlaşan laçınlı seçicilərlə keçirilib. 

YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov görüşü açıq elan edərək İlham Əliyevin prezidentliyi dövründə ölkədə aparılan uğurlu siyasətdən iqtisadi inkişafdan ətraflı söhbət açdı. Prezident İlham Əliyevin qaçqın və məcburi köçkünlük taleyi yaşayan soydaşlarımıza da çox həssas münasibət bəslədiyini vurğulayan İ.İlyasov deyib: “Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, ölkədə aparılan siyasətin mərkəzində Azərbaycan vətəndaşlarının mənafeyi dayanır. Qaçqın və məcburi köçkünlərin rifah halının, o cümlədən mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması da davamlı olaraq diqqət mərkəzində saxlanılır. Son 15 ildə bu məqsədlə milyardlarla manat vəsait xərclənib,  minlərlə məcburi köçkün rahat mənzillərlə təmin olunub”.
Tədbirdə çıxış edən millət vəkli Mahir Abbaszadə məcburi köçkünlərin İlham Əliyevin onların həyat şəraitinin yaxşılaşdırılmasına göstərdiyi diqqət və qayğıdan razı qaldıqlarını diqqətə çatdırıb. O, İlham Əliyevin növbəti dəfə Prezident seçiləcəyini əminliklə ifadə edib.

Digər çıxış edən rayon ziyalıları və ağsaqalları Murad Hüseynov, Güllü İbadova, Şəfa Mirzəyev, Şəhla İsmayılova, Dağbəyi Abbasov Tahir Bayramov laçınlıların tək seçimi İlham Əliyev olduğunu birmənalı şəkildə diqqətə çatdırıblar.