YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Yasamal rayon təşkilatında müşahidəçilərlə görüş keçirildi

11 apreldə keçiriləcək prezident seçkiləri ilə əlaqədar YAP Yasamal rayon təşkilatında ərazidə yerləşən  seçki   məntəqələrdə  səsvermə prosesini izləyəcək müşahidəçilərlə görüş keçirildi.

Tədbiri  giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri  Tağı Əhmədov Seçki  Məcəlləsində müşahidəçilərin hüquq və vəzifələrini açıqlayaraq bildirdi ki,  eyni hüquqlara malik yerli və beynəlxalq müşahidəçilər  seçici siyahıları ilə  tanış olmalı,  seçki bülletenlərinin verilməsinə nəzarət etməli, səsvermə prosesinin obyektiv , şəffaf keçirilməsinə diqqət yetirməlidirlər. Seçicilərin sayını hesablamaq, müşahidənin nəticələrinin seçki komissiyasının protokoluna  əlavə olunmasını tələb etmək səlahiyyətlərinə malik müşahidəçi səsin etibarlılığının yoxlanılmasına də diqqət yetirməlidir.

YAP-ın Yasamal rayon təşkilatı  tərəfindən   ərazidəki seçki məntəqələrində  seçkilərə nəzarət  edəcək müşahidəçilərin  suallarını cavablandıran Tağı Əhmədov bildirdi ki, səsvermə prosesində    demokratiyanın tələblərinə uyğun obyektivliyin gözlənilməsi müşahidəçilərin riayət etməli olduqları  başlıca vəzifələrdir