YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tovuzda cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası uğurla aparılır

11 aprel 2018-ci il tarixdə keçiriləcək Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin  təbliğat-təşviqat kampaniyası uğurla davam etdirilir.

YAP Mərkəzi Seçki Qərargahının Tovuz rayon şöbəsinin təbliğat qrupunun üzvləri rayonun Böyük Qışlaq, Göyəbaxan və Qaradaş kəndlərindən olan seçicilərlə görüşüblər. Təbliğat qrupunun üvləri Həsən Yusifov və Elxan Orucov prezident seçkilərinin Azərbaycan dövlətinin qarşıdakı illərdə inkişafı baxımından əhəmiyyəti, həmçinin cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 15 ildə Azərbaycanın qazandığı əzəmətli nailiyyətlər barədə ətraflı məlumat veriblər. Natiqlər rayon sakinlərini aprelin 11-də seçki məntəqələrinə gedərək Azərbaycana böyük qələbələr və uğurlar qazandırmış, xalqımızın alternativsiz lideri cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Görüşdə çıxış edən seçicilər 11 aprel tarixində seçki məntəqələrinə gedərək cənab İlham Əliyevə səs verəcəklərini vurğulayıblar.

DİGƏR Xəbərlər Arxiv