YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Aşıq Şəmşirin anadan olmasının 125 illiyinin keçirilməsi haqqında Sərəncam imzalayıb

Prezident İlham Əliyev aprelin 2-də Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, Əməkdar İncəsənət Xadimi Aşıq Şəmşirin anadan olmasının 125 illiyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Mədəniyyət və Turizm Nazirliyinə Azərbaycan Aşıqlar Birliyi ilə birlikdə Aşıq Şəmşirin 125 illiyi ilə bağlı tədbirlər planının hazırlanaraq həyata keçirilməsi tapşırılıb.

Sərəncamda vurğulanır ki, 2018-ci ildə Aşıq Şəmşirin anadan olmasının 125 illiyi tamam olur. Aşıq Şəmşir Azərbaycanın çoxəsrlik şifahi sənət ənənələrini layiqincə davam etdirərək meydana gətirdiyi rəngarəng poetik-bədii nümunələrlə milli folklor xəzinəsini daha da zənginləşdirmiş görkəmli söz ustalarındandır. Qədim saz havalarının və dastanların mahir ifaçısı kimi tanınan el sənətkarı daim vətən torpağına bağlı olub, yaradıcılığı boyunca xalqın duyğu və düşüncələrini, yüksək mənəvi keyfiyyətləri və yurdun təbiət gözəlliklərini tərənnüm edib.