YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Göyçay rayonunda təbliğat-təşviqat kampaniyası uğurla davam edir

Aprelin 11-də keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası Göyçay rayonunda uğurla davam edir.

Kampaniya çərçivəsində növbəti görüş rayonun ağsaqqalları və ilk dəfə səs verəcək  gənclərlə görüş kecirilmişdir  

 

 Görüşdə Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Göyçay rayon şöbəsinin sədri Sahib Şükürov  ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra və cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi son 14 ərzində sabitliyimizin bərqərar olunduğunu və müxtəlif sahələrdə dinamik inkişafa nail olduğumuzu bildirdi.  Sahib Şükürov   bütün gənclərimizi dövlət başçısının ətrafında sıx birləşməyə, daha güclü, müstəqil Azərbaycan naminə cənab İlham Əliyevə səs verməyə çağırdı.

 

 Daha sonra cıxış edən Milli Məclisin deputatlarından  Elman Nəsirov və Sabir Hacıyev Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığı böyük iqtisadi uğurlardan, həyata keçirilən iqtisadi islahatların əhəmiyyətindən danışıblar. Bu ilin 11 aprel tarixində ölkəmizdə keçiriləcək Prezident seçkilərində YAP tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin uğurlu təbliğat-təşviqat kampaniyasından bəhs ediblər. Azərbaycanda gənclərin hərtərəfli inkişafı – siyasi, ictimai, mədəni, idman, elm, beynəlxalq arenalarda ən yüksək səviyyədə təmsil olunmaları, onların bilikli, təhsilli, bacarıqlı gənclər olaraq yetişmələri, həyat şəraitlərinin daha da yaxşılaşdırılması istiqamətində dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə görülən işlər, həyata keçirilən islahatlar haqqında məlumat verdi. Natiq çıxşının sonunda bütün gənc seçiciləri seçkilərdə fəal iştirak etməyə və cənab İlham Əliyevin uğurlu siyasətinə səs verməyə çağırdılar.

  Daha sonra çixış edən rayon ağsaqqalarından   Nazir Xancanov, Əlibala Şükürov , Müzəffər Məmmədov, Qurban Məmmədov , gənclərdən Ülviyyə Dursunova  və başqaları  cənab İlham Əliyevin Azərbaycanın hərtərəfli  inkişafı , gənclərə göstərilən diqqət və qaygidan və dövlətçiliyimizin möhkəmləndirilməsi  istiqamətində misilsiz xidmətləri haqqında məlumat verdilər.