YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şirvan şəhərində qadınlarla və gənclərlə görüş keçirilib

YAP Mərkəzi Seçki Qərargahı Şirvan şəhər  şöbəsinin üzvləri təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüşünü  Səməd Vurğun parkında və Şiqvan Olimpiya İdman Kompleksində qadınlarla və gənclərlə keçiriblər.   

YAP Şirvan şəhər təşkilatının sədri Samid Abıyev görüşlərdə çıxış edərək bildirib ki,  Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu sosial-iqtisadi siyasət sayəsində Azərbaycanda yoxsulluğun həddi 50 faizdən 5 faizə enib. Bu, ölkəmizdə yoxsulluq həddinin təxminən 10 dəfə azalması deməkdir. 1 milyon 900 min yeni iş yerinin yaradılması nəticəsində işsizlik səviyyəsi təxminən 5 faizə düşüb. Bu müddətdə maaşlar orta hesabla 5 dəfə, pensiyalar 8 dəfə, əhalinin real gəlirləri orta hesabla 2,6 dəfə artıb. Bu rəqəmlərin hər birinin ardında, məzmununda nə qədər insanın taleyi, firavan həyatı var.

Görüşlərdə çıxış edən YAP Şirvan şəhər təşkilatının sədr müavini Paşa Nəbiyev, Şirvan Gənclər Evinin rəhbəri Əfqan Həsənov son 15 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən genişmiqyaslı quruculuq işlərindən, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarından, həyata keçirilən islahatlardan danışaraq, seçiciləri prezident seçkilərində alternativsiz namizəd olan cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Tədbirlərdə çıxış edən seçicilər şirvanlıları aprel 11 -də YAP-ın namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.