YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağcabədi rayonunun Hacıbədəlli və Pərioğullar kəndlərində seçicilərlə görüşlər keçirilib

Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Ağcabədi rayonunda seçicilərlə görüşlər davam edir. Növbəti belə görüşlər rayonun Hacıbədəlli və Pərioğullar kəndlərində keçirilib.

Görüşlərdə Yeni Azərbaycan Partiyası Seçki Qərargahının Ağcabədi rayon şöbəsinin sədri Rövşən Əhmədov çıxış edərək seçiciləri prezidentliyə namizəd cənab İlham Əliyevin seçki proqramı ilə tanış edib.

Görüşlərdə həmçinin, millət vəkili Tahir Rzayev, YAP Mərkəzi Seçki Qərargahının Ağcabədi rayon şöbəsinin təbliğatçıları Əlizadə Nəcəfov, Mübariz İbrahimov, İbrahim Həsənov, Radə Qafarova və başqaları çıxış edərək cənab İlham Əliyevin fəaliyyəti dövründə ölkəmizin əldə etdiyi inkişafdan danışıb və bu inkişafın davamlı olması üçün seçiciləri partiyamızın namizədinə səs verməyə çağırıblar.

Öz növbəsindəç seçicilər adından Tərlan Məlikova, Məhbubə Əliyeva, Nubar Qasımova, Adil Abbasov çıxış edərək seçki günü səs məntəqələrinə gələrək cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.

DİGƏR Xəbərlər Arxiv