YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Lənkəran rayonunun Vilvan, Şağlaser, Cil Xarxatan, Separadi və Tükəvilə kəndlərində seçicilərlə görüş keçirilib

Yeni Azərbaycan Partiyasının Lənkəran rayon təşkilatı 11 aprel 2018-ci il tarixində keçiriləcək prezident seçkiləri ilə əlaqədar təbliğat kampaniyasını uğurla davam etdirir. Kampaniya çərçivəsində rayonun Vilvan, Şağlaser, Cil Xarxatan, Separadi və Tükəvilə kəndlərində seçicilərlə görüş keçirilib.

Görüşlərdə çıxış edən YAP Lənkəran rayon təşkilatının sədri Möhübbət Babayev qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daim uğurlar qazanıb, hazırda isə regionun lider ölkəsinə çevrilib, beynəlxalq aləmdə mövqeyi xeyli güclənib. O, seçiciləri 11 aprel seçkilərində fəal iştirak etməyə çağırıb.

Çıxış edən Milli Məclisin deputatı Cavanşir Paşazadə son 15 ildə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkəmizin qazandığı uğurlardan bəhs edib. O bildirib ki, cənab İlham Əliyevə səs vermək tərəqqiyə, yüksəlişə və inkişafa səs vermək deməkdir.

C.Paşazadə lənkəranlı seçicilərin aprelin 11-də cənab İlham Əliyevə səs verəcəyinə əminliyini ifadə edib.