YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəmkirdə təbliğat-təşviqat kampaniyası uğurla davam edir

Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Şəmkir rayonunun Qapanlı, Aşağı Seyfəli, Talış və Çaparlı kəndlərində çoxsaylı seçicilərə görüşlər keçirilib.

Görüşlərdə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçiri keçirilən genişmiqyaslı quruculuq işlərindən, infrastruktur layihələrinin əhəmiyyətindən danışıb: «Son 15 ildə görülən işlər, imzalanan Fərman və sərəncamlar, müxtəlif sahələri əhatə edən proqramlar cənab İlham Əliyevin hər bir vədinin arxasında konkret əməli işin dayandığını təsdiqləyir».

Milli Məclisin deputatı Kamran Bayramov, rayon təbliğat-təşviqat qrupunun üzvləri Pərvin Gözəlov, Nizami Əhmədov, Vilayət Cabbarov, Vaqif Məmmədov, Əyyub Dünyamalıyev, Qafar Vəliyev çıxış edərək bildiriblər ki, ötən 15 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bütün sahələr üzrə inkişaf edib, müasirləşib, yeniləşib.

Çıxış edən seçicilər vurğulayıblar ki, görülən işlərin bundan sonra da davam etdirilməsi üçün bizlər hamılıqla 11 aprel 2018-ci il tarixdə Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verərəcəyik.