YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP-ın seçki kampaniyası Saatlı rayonunda uğurla davam edir

YAP Mərkəzi Seçki Qərargahı Saatlı rayon şöbəsinin üzvləri təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Qarayevkənd, Mircəlal və Nəsimikənd kəndlərində seçicilərlə görüşlər keçiriblər .

 YAP Saatlı rayon təşkilatının sədri Lütfəli Şıxəliyev, YAP Mərkəzi Seçki Qərargahı Saatlı rayon şöbəsinin üzvləri Rahib Salahov və Mirkamal Qiyasov  görüşlərdə çıxış edərək bildiriblər ki, Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu inkişaf siyasəti vətəndaş məmnunluğunu təmin edib. Çünki əhalinin rifah halı daha da yaxşılaşıb, ölkəmizin tərəqqisi insanların həyatında müsbət dəyişikliklərin meydana çıxmasına səbəb olub. Azərbaycanın dayanıqlı inkişafının mütəmadi xarakter daşıması insanların gələcəyə inamla və optimist baxmasına əsas yaradıb. Bütün bunlar cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin alternativsiz olduğunu göstərir. Azərbaycan xalqı seçkilər vasitəsilə öz iradəsini ifadə edəcək və növbəti dəfə cənab İlham Əliyevə etimad göstərəcək. Xalqımız Azərbaycanın gələcək inkişafı naminə cənab İlham Əliyevə səs verəcək!

Görüşlərdə çıxış edən seçicilər bildiriblər ki, həmişə olduğu kimi, 11 aprel prezident seçkilərində də fəallıq göstərməklə xalqın ləyaqətli oğlu cənab İlham Əliyevə səs verəcəklər.