YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Göyçay rayonunda təbliğat-təşviqat kampaniyası uğurla davam edir

Aprelin 11-də keçiriləcək Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası Göyçay rayonunda uğurla davam edir.

Kampaniya çərçivəsində növbəti görüş rayonun  Qarabaqqal  kənd sakinləri ilə keçirilmişdir.

 Görüşdə Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Göyçay rayon şöbəsinin sədri Sahib Şükürov çıxış edərək əmin olduğunu bildirdi ki, Qarabaqqal  kənd sakinləri seçkilərdə yekdilliklə cənab İlham Əliyevə səs verəcəklər.

Görüşdə cıxış edən Milli Məclisin deputatı Elman Nəsirov bildirdi ki, təbliğat-təşviqat mərhələsi çərçivəsində keçirilən görüşlərdə yüksək seçici fəallığı müşahidə edilir və seçicilər Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevi dəstəklədiklərini birmənalı şəkildə ifadə edirlər. Xalq inkişaf və sabitlik üçün öz Prezidentinə - cənab İlham Əliyevə səs verməlidir.

Daha sonra çıxış edən Millət Vəkili Sabir Hacıyev dövlət başçımız cənab İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasətindən söz açdı. Natiq bildirdi ki, Bu gün müstəqil Azərbaycan istər siyasi, istər iqtisadi, istərsə də mədəni inkişaf baxımından dünyanın qüdrətli dövlətləri sırasına qəbul edilir. Prezident İlham Əliyevin cəsarətli və müdrik siyasəti sayəsində bügünkü qüdrətli Azərbaycan mövcuddur.

Daha sonra çıxış edən kənd sakinləri Məmmədova Rəhilə , Əhmədov Anar İsmayılov İsris və  başqaları cənab İlham Əliyevin Azərbaycanın inkişafı və dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətində misilsiz xidmətləri haqqında məlumat verdilər. Bildiriblər ki, bütün Göyçaylılar cənab İlham Əliyevə böyük hörmət, inam və etimad bəsləyir və bunu 11 Apreldə İlham Əliyevə səs verməklə bir daha sübut edəcəklər.