YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Laçınlıların tək seçimi İlham Əliyevdir

Yeni Azərbaycan Partiyasının Prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat – təşviqat kampaniyası çərçivəsində növbəti görüş Laçınlıların sıx məskunlaşdığı Ağcabədi rayon  Taxta-körpü qəsəbəsi Alxaslı obasında keçirildi.  Görüşdə rayon təbliğat- təşviqat qrupunun üzvləri iştirak ediblər.

Görüşdə YAP Mərkəzi Seçki Qərargahının Laçın  rayon şöbəsinin və partiyanın rayon təşkilatının sədri İlqar İlyasov çıxış edərək qeyd etdi ki, Azərbaycan dövləti və xalqı, o cümlədən Yeni Azərbaycan Partiyası qarşıdan gələn prezident seçkilərinə böyük uğurlarla gedir: Xalqımız öz liderinə inanır, liderimiz də xalqın maraqlarını ləyaqətlə təmsil edir, davamlı olmasını istəyərək,  laçınlılar 11 aprel tarixində cənab İlham Əliyevə yenidən etimad göstərəcəklər".Ötən 15 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bütün sahələr üzrə inkişaf edib, müasirləşib, yeniləşib. Bunu bu müddət ərzindəki statistik rəqəmlər təsdiqləyir. Bu dövrdə əhalinin rifahı əhəmiyyətli dərəcədə yüksəlib və bu yüksəlişi hər bir vətəndaş öz həyatında hiss etməkdədir. Bütün bunlar Prezident İlham Əliyevin siyasətinin nəticəsidir. Ölkəmizdə iqtisadi inkişaf sürətli və davamlıdır.Bu siyasətin davamlı olması üçün yenə də cənab İlham Əliyevə səs verməliyik. Laçınlı seçicilər aprelin 11-də əminliklə cənab İlham Əliyevə yekdilliklə səs verəcəklərini bildirdi.

Digər çıx edən Laçın  rayon ziyalıları və ağsaqqallar  Murad Hüseynov, Roza Cəbrayılova, Əlastan Şalikov, Səyyaf Hüseynov, Məzahir Nağıyev, Tahir Bayramov vurğuladılar  ki, Ümummilli Liderimizin siyasi kursu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.. Respublikamız, o cümlədən kənd və qəsəbələrimiz hər gün daha da inkişaf edir. Bütün bu görülən işlərin bundan sonra da davam etdirilməsi üçün bizlər hamılıqla 11 aprel 2018-ci il tarixdə keçiriləcək Prezident seçkilərində seçki məntəqələrinə gələrək Yeni Azərbaycan Partiyasının namizədi, növbəti 7 ilimizin qarantı, İlham Heydər oğlu Əliyevə səs verərək öz liderimizə məhəbbətimizi, hörmətimizi səsvermə məntəqələrində fəallıqla təsdiqləyəcəyik.