YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi Beynəlxalq Gənc Demokratlar İttifaqına (İYDU) üzv seçilmişdir

İtaliyanin Palermo şəhərində 22-25 mart 2018-ci il tarixlərində keçirilmiş tədbirdə YAP Siyasi Şurasının üzvü, YAP GB sədrinin beynəlxalq məsələlər üzrə müavini Ramin Məmmədov çıxış edərək YAP GB haqqında, Azərbaycanda aparılan gənclər siyasəti, gənclərin inkişaf etmələri üçün yaradılmış imkanlardan, eyni zamanda 30 ildən artıq davam edən Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin gənclərin həyatına təsiri və sair məsələlər ətrafında məlumat verib.

O Azərbaycanın aparıcı gənclər təşkilatlarından olan YAP GB-nin İYDU ilə əmıkdaşlığının rəsmi status əldə etməsi hər iki təşkilatın işində müsbət amil kimi özünü göstərəcəyini bildirmişdir. İYDU İdarə heyətinin qərarı ilə YAP GB İttifaqın müşahidəçi statuslu üzvü seçilmişdir.

Qeyd edək ki, Beynəlxalq Gənc Demokrat İttifaqı (IYDU) sağ mərkəzçi siyasi gənclər təşkilatlarının qlobal alyansıdır. 1981-ci ildə yaradılmışdır. IYDU-nun 80 ölkədən127 tam hüquqlu üzvü və müşahidəçi üzvləri vardır. İDU-Beynəlxalq Demokrat İttifaqının gənclər təşkilatları qoludur. Hazirki sədri Livan təmsilçisi Başir Vardinidir.