YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Hüseynli: Xaricdə müəyyən dairlərin ölkəmizə qarşı apardığı kampaniya ilə əlaqədar cəmiyyətimizin həmrəylik göstərməsi mühüm amildir

«Xaricdə müəyyən dairlərin ölkəmizə qarşı apardığı kampaniya ilə əlaqədar cəmiyyətimizin həmrəylik göstərməsi mühüm amildir». Bu fikri Milli Məclisin Hüqqu siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

Ə.Hüseynli bildirib ki, bu hallarla bağlı Avropa məkanında mübarizə üçün hüquqi mexanizm yoxdur. Onun sözlərinə görə, cəmiyyətimizdə müxtəlif təbəqələri təmsil edən şəxslər bu kimi hadisələrdə mövqeyini ortaya qoymalıdır.

«Azərbaycan dövlətinə, Prezidentinə qarşı səslənən qeyri-əxlaqi sözlər, təhqirlər bütün xalqımızın ünvanına olan təhqir deməkdir. Ona görə də, bu kampaniyaya qarşı həmrəy olmalıyıq. Azərbaycanda doğulmaq, azərbaycanlı adı və soyadı daşımaq  bu millətin nümayəndəsi olmaq demək deyil. Elə insanlar var ki, onlar milli təfəkkürdən uzaqdırlar. Avropa ölkələrində öz fəaliyyətlərini söyüş, təhqir üzərində quranlar da milli dəfərlərimizdən uzaqdırlar. Belələrinə cəmiyyətimizdə yer yoxdur. Biz bu kampaniyaya qarşı həmrəyliyimiz dövlətimizə, Prezidentimizə və xalqımıza sədaqətimizin ifadəsidir»-deyə, komitə sədri vurğulayıb.