YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xaçmazda “İlhamla irəli” şüarı ilə izdihamlı mitinq keçirilib

Aprelin 3-də Xaçmaz şəhərində prezident seçkilətinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası  Xaçmaz şəhərində izdihamlı mitinq keçirdi.

“İlhamla irəli” şüarı ilə tədbirin aparıcıları öncə Prezident seçkiləri haqqında məlumat verdilər. Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın son 15 ildə böyük inkişaf yolu keçməsi barədə geniş məlumat verildi.

Tədbirdə çıxış edən YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev qeyd etdi ki, bu gün böyük qürurla ölkəmizdə həyata keçirilən nəhəng beynəlxalq layihələrin icrası, aparılan uğurlu iqtisadi proqramların nəticəsində ölkəmiz beynəlxalq aləmdə böyük nüfuz sahibinə çevrilmiş, vətəndaşlarımızın maddi rifah halı xeyli yaxşılaşmış, işsizlik 5 faizə enmiş, yeni-yeni iş yerləri açılmış, şaxələnmiş iqtisadiyyat inkişaf etdirilmiş, sənaye məhəllələri , sənaye parkları yaradılmış, aqroparkların sayı günü-gündən çoxalmaqdadır. Azərbaycan daima irəliləyib, regionun Lider dövlətinə çevrilmişdir. Azərbaycan sabitlik və təhlükəsizlik baxımından nümunə olan ölkələrdən biridir.

Azərbaycanda  Prezident İlham Əliyevlə xalqın sarsılmaz birliyi sabitliyimizin davamlı olması üçün mühüm rol oynayır. Aprel döyüşlərinin nəticəsində dünya ölkələrinə bir mesaj oldu ki, bu gün Azərbaycan ordusu güclüdür, monolitdir, qüdrətlidir. Ancaq biz sülh yolu ilə torpaqlarımızı azad etmək istəyirik. Belə olmasa alternativ yoldan istifadə etməli olacağıq. İlham Əliyevə səs vermək sabitliyə inkişaf və tərəqqiyə səs vermək deməkdir.

Mitinqdə  Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, akademik Abel Məhərrəmov, Milli Məclisin üzvlərindən  İlham Əliyev, Eldəniz Səlimov,  YAP Xaçmaz rayon təşkilatının  Qadınlar Şurasının sədri  Sevinc Sədullayeva çıxış edərək ölkəmizdə aparılan uğurlu islahatların, son 15 ildə həyata keçiriləcək layihələrin əhəmiyyətindən danışmışlar.

 Sonda incəsənət ustalarının çıxışları ilə mitinq davam etmişdir.