YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pirallahı rayonunun "Neft Daşları" qəsəbəsinin seçiciləri ilə görüş keçirilib

11 aprel 2018-ci il tarixində keçiriləcək Prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən Prezidentliyə namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin  təbliğat-təşviqat kampaniyası uğurla davam etdirilir.

Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Pirallahı rayon  şöbəsi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində "Neft Daşları" qəsəbəsində  seçicilər ilə  görüş keçirib.

 Görüşdə Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov, Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitunun direktoru,  akademik Rasim Əliquliyev, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov, Azərbaycanın Milli Qəhrəmanı Bəxtiyar Allahverdiyev, Azərbaycanın Milli Qəhrəmanı Vahid Quliyev iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan "Neft Daşları" ərazi ilk partiya təşkilatının sədri Qoçalı Mahmudov bütün qonaqları və seçiciləri salamlayaraq, 11 aprel 2018-ci ildə keçiriləcək Prezident seçkilərinə Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin siyasi fəaliyyətinə ətraflı diqqət yönəltdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın daim irəliləməsini, Azərbaycanın hаzırda regionun lider dövlət olmasını, ölkəmizin beynəlxalq aləmdə mövqeyinin xeyli güclənməsini toplantı iştirakçılarının diqqətinə çatdırdı.

Görüşdə   çıxış edən seçicilər bildiriblər ki,  hər zaman Ulu Öndər Heydər  Heydər Əliyevin ideyalarına  və İlham Əliyev siyasətinə sədaqətləri ilə seçilən Pirallahı sakinləri qarşıdakı yeddi il ərzində də öz talelərini bu siyasətə bağlayacaqlarına, 11 aprel seçkilərində cənab İlham Əliyevin namizədliyini dəstəkləyəcəklər.

Daha sonra tədbir tanınmış incəsənət xadimlərinin ifasında konsert proqramı ilə davam edib.